QR CodeQR Code

Çin ABŞ-a xəbərdarlıq etdi

IslamTimes , 29 Apr 2020 03:17

İslamTimes: Çin ordusu ABŞ gəmilərinə Çinin ərazi sularına icazəsiz daxil olmaları səbəbindən xəbərdarlıq edib


Çinin dövlət televiziya kanalı olan CCTV bildirib ki, Çin ordusu Jişa adaları yaxınlığındakı Çin sularına icazəsiz daxil olan ABŞ gəmilərini nəzarətdə saxlayır və ABŞ-ın bu hərəkətini təhrikedici və gərginliyə səbəb olacaq addım kimi dəyərləndirir.

Xəbərdə bildirilib ki, Çin ordusu ABŞ hərbi gəmilərinə ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, ABŞ-a məxsus hərbi gəmi çərşənbə axşamı günü izni olmadan Jişa adaları yaxınlığındakı Çin dəniz sularına daxil olub.

Çin ordusunun ABŞ-ın iznsiz daxil olduğu ərazini nəzarətdə saxlamaq üçün Hərbi Dəniz Qüvvələri və Hava Qüvvələrinə əmr verdiyi bildirilir.


Story Code: 859629

News Link :
https://www.islamtimes.org/az/news/859629/çin-abş-a-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org