0
Wednesday 29 April 2020 - 03:17

Çin ABŞ-a xəbərdarlıq etdi

Story Code : 859629
Çin ABŞ-a xəbərdarlıq etdi
Çinin dövlət televiziya kanalı olan CCTV bildirib ki, Çin ordusu Jişa adaları yaxınlığındakı Çin sularına icazəsiz daxil olan ABŞ gəmilərini nəzarətdə saxlayır və ABŞ-ın bu hərəkətini təhrikedici və gərginliyə səbəb olacaq addım kimi dəyərləndirir.

Xəbərdə bildirilib ki, Çin ordusu ABŞ hərbi gəmilərinə ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, ABŞ-a məxsus hərbi gəmi çərşənbə axşamı günü izni olmadan Jişa adaları yaxınlığındakı Çin dəniz sularına daxil olub.

Çin ordusunun ABŞ-ın iznsiz daxil olduğu ərazini nəzarətdə saxlamaq üçün Hərbi Dəniz Qüvvələri və Hava Qüvvələrinə əmr verdiyi bildirilir.
Source : IslamTimes