QR CodeQR Code

ABŞ Suriyadakı neft yataqlarının mühafizəsini PKK yaraqlılarına tapşırır

30 Apr 2020 01:53

İslamTimes: ABŞ Suriyada Fərat çayının şərqindəki neft yataqlarının qorunması üçün xüsusi birlik yaratmağa başlayıb.


Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, xüsusi birliyin tərkibi Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvü olan etnik ərəblərdən formalaşdırılacaq. Qeyd edək ki, həmin SDQ-nın əsas hissəsi terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) və “Xalq özünümüdafiə dəstələri”nin (XÖD) üzvlərindən ibarətdir.

Bildirilir ki, həmin birlik neft yataqlarını qorumaqla yanaşı, Suriya hakimiyyətini dəstəkləyən qrupların hücumlarını da dəf etməyə hazır olmalıdır.

“Anadolu”nun məlumatına görə, bu funksiyaların yerinə yetirilməsi üçün Amerika komandanlığı hər döyüşçüyə ayda 350 dollar ödəyəcək. Yeri gəlmişkən, SDQ sıralarındakı PKK və XÖD döyüşçülərinə ayda 100 dollar verilir.


Story Code: 859822

News Link :
https://www.islamtimes.org/az/news/859822/abş-suriyadakı-neft-yataqlarının-mühafizəsini-pkk-yaraqlılarına-tapşırır

Islam Times
  https://www.islamtimes.org