0
Thursday 30 April 2020 - 01:53

ABŞ Suriyadakı neft yataqlarının mühafizəsini PKK yaraqlılarına tapşırır

Story Code : 859822
ABŞ Suriyadakı neft yataqlarının mühafizəsini PKK yaraqlılarına tapşırır
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, xüsusi birliyin tərkibi Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvü olan etnik ərəblərdən formalaşdırılacaq. Qeyd edək ki, həmin SDQ-nın əsas hissəsi terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) və “Xalq özünümüdafiə dəstələri”nin (XÖD) üzvlərindən ibarətdir.

Bildirilir ki, həmin birlik neft yataqlarını qorumaqla yanaşı, Suriya hakimiyyətini dəstəkləyən qrupların hücumlarını da dəf etməyə hazır olmalıdır.

“Anadolu”nun məlumatına görə, bu funksiyaların yerinə yetirilməsi üçün Amerika komandanlığı hər döyüşçüyə ayda 350 dollar ödəyəcək. Yeri gəlmişkən, SDQ sıralarındakı PKK və XÖD döyüşçülərinə ayda 100 dollar verilir.