QR CodeQR Code

Mişel Aun: “İsrail rejimi Livanın suverenliyini və hava məkanını pozur”

30 Apr 2020 02:53

İslamTimes: Livanın prezidenti Mişel Aun İsrail rejiminin ölkənin hava məkanına hücumlarını tənqid edib.


Deyerler.org Mehrə istinadən xəbər verir ki, Livanın prezidenti Mişel Aun BMT-nin Livan üzrə koordinatoru Yan Kubis ilə görüşdə sionist rejimin Livanın hava məkanına etdiyi hücumları tənqid edərək, belə deyib: “İsrail rejimi Livanın suverenliyini və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarını pozur. Son hərəkətində onun Livan hava məkanından istifadə edərək Suriyaya hücum etməsini və Suriya-Livan sərhədlərində bir mülki nəqliyyat vasitəsini hədəfə aldığını gördük”.
M.Aun, həmçinin Livanın hal-hazırda suriyalı qaçqınlar problemi, yeni növ koronavirusun yayılması və iqtisadi vəziyyət olmaqla üç problemlə üzləşdiyini bildirib. Deyerler.org



 


Story Code: 859824

News Link :
https://www.islamtimes.org/az/news/859824/mişel-aun-israil-rejimi-livanın-suverenliyini-və-hava-məkanını-pozur

Islam Times
  https://www.islamtimes.org