QR CodeQR Code

İraqda yeni kabinetə parlament etimad səsverməsi keçiriləcək

Deyerler , 30 Apr 2020 23:41

İslamtimes -İraq parlamentindəki Sairun koalisiyasının üzvü Bədr əl-Ziyadi İraqın yeni hökumətinin gələn həftə parlamentdə səsverməyə çıxarılacağını açıqlayıb.



Deyerler.org Al-Maaloumah-a istinadən xəbər verir ki, Bədr əl-Ziyadi belə bir açıqlama verib: “Siyasi qruplar nazir vəzifələrinə namizədlərin əksəriyyəti ilə bağlı Mustafa əl-Kazemi ilə razılaşmanı yekunlaşdırdılar və namizədlərin adları tamamlanıb.
 
Parlament növbəti həftəni çərşənbə axşamı günü Əl-Kazıminin kabinetinə səs verəcək. Çərşənbə axşamı günü olmasa, çərşənbə günü keçiriləcək.
 
Əlbəttə ki, daxili işlər, müdafiə və maliyyə nazirliklərinin vəzifəsinə təyinat hələ yekunlaşmayıb. Yaxın saatlarda onlarla bağlı razılıq əldə olunmasa, üç nazirliyi çıxmaq şərti ilə kabinetin tərkibi təqdim ediləcək”, - deyə Bədr əl-Ziyadi bildirib.
 
Qeyd edək ki, baş nazir Mustafa Əl-Kazımi çərşənbə günü hökumətinin planını parlament sədrinə təqdim etdiyini açıqlamışdı.
 


Story Code: 860017

News Link :
https://www.islamtimes.org/az/news/860017/iraqda-yeni-kabinetə-parlament-etimad-səsverməsi-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org