QR CodeQR Code

İrandan kritik qərar - Sabahdan etibarən...

3 May 2020 15:07

İslamTimes: İran Prezidenti Həsən Ruhani sabahdan etibarən məscidlərin açılacağını açıqlayıb.


Ölkə başçısı koronavirusla mübarizə çərçivəsində az təhlükəli olduğu müəyyənləşən ağ bölgələrdə cümə namazlarının sosial məsafə saxlanılmaqla qılınacağını bildirib.

Qeyd edək ki, İran COVID-19-la mübarizə ilə əlaqədar ağ, sarı və qırmızı bölgə tətbiqini həyata keçirir. 

Qismən təhlükəli ərazilər hesab edilən 133 ağ bölgədə mayın 16-dan məktəblərin də açılacağı nəzərdə tutulub.

Qeyd edək ki, bu gün İranda uzun zamandan sonra İranda ilk dəfə 24 saat ərzində Covid-19 virusu səbəbindən həlak olanların sayı 50-dən az olub. İslam Respublikası koronavirusla ən effektiv müalicə aparan ölkələrdəndir. İranda bu günədək 97 min insan Covid-19 virusuna yoluxsa da, onların əksəriyyəti sağlamlığına qovuşub və hazırda ölkə ərazisində cəmi 12799 aktiv virus daşıyıcısı var.


Story Code: 860453

News Link :
https://www.islamtimes.org/az/news/860453/irandan-kritik-qərar-sabahdan-etibarən

Islam Times
  https://www.islamtimes.org