QR CodeQR Code

Avropa Birliyinin sərhədləri xaricilər üçün bu tarixdən açıla bilər

10 May 2020 02:32

İslamTimes: Avropa Komissiyası Avropanın xarici sərhədlərinin açılması tarixini elan edib.


Bu barədə qurumun saytında yerləşdirilən təlimatda sərhədlərin iyunun 15-dən açılmasının mümkün olduğu qeyd edilir: “Xarici sərhədlərdə tədbirlərin davam etdirilməsi Avropa Birliyinə səfərlər zamanı yoluxmanın qarşısını almaq üçün zəruridir”.

Komissiya qeyd edir ki, Şengen zonasının sərhədlərinin “zəruri olmayan” səfərlər üçün açılması Avropa Birliyi daxilində məhdudiyyətlər yumşaldılandan sonra mümkündür.

Hazırda bəzi Birlik ölkələri ikitərəfli əsasda sərhədləri açırlar. Bu zaman ölkələrdəki yoluxma sayı nəzərə alınır. /Musavat/


Story Code: 861750

News Link :
https://www.islamtimes.org/az/news/861750/avropa-birliyinin-sərhədləri-xaricilər-üçün-bu-tarixdən-açıla-bilər

Islam Times
  https://www.islamtimes.org