0
Sunday 10 May 2020 - 02:32

Avropa Birliyinin sərhədləri xaricilər üçün bu tarixdən açıla bilər

Story Code : 861750
Avropa Birliyinin sərhədləri xaricilər üçün bu tarixdən açıla bilər
Bu barədə qurumun saytında yerləşdirilən təlimatda sərhədlərin iyunun 15-dən açılmasının mümkün olduğu qeyd edilir: “Xarici sərhədlərdə tədbirlərin davam etdirilməsi Avropa Birliyinə səfərlər zamanı yoluxmanın qarşısını almaq üçün zəruridir”.

Komissiya qeyd edir ki, Şengen zonasının sərhədlərinin “zəruri olmayan” səfərlər üçün açılması Avropa Birliyi daxilində məhdudiyyətlər yumşaldılandan sonra mümkündür.

Hazırda bəzi Birlik ölkələri ikitərəfli əsasda sərhədləri açırlar. Bu zaman ölkələrdəki yoluxma sayı nəzərə alınır. /Musavat/