QR CodeQR Code

Türkiyənin Ali Təhsil Şurası universitetlərdə imtahanların üz-üzə olmayacağını açıqlayıb

12 May 2020 09:21

İslamTimes: Türkiyənin ali məktəblərində buraxılış imtahanları və 2019-2020 tədris ilinin digər imtahanları ənənəvi qaydada, üz-üzə aparılmayacaq.  


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) ölkədəki bütün universitetlərə göndərdiyi açıqlamada bildirilib.

Ali Təhsil Şurası  Səhiyyə Nazirliyinin bu quruma ünvanladığı tövsiyədə şəhərlərarası kütləvi tələbə hərəkəti, başqa yerlərdən tələbələrin bir araya toplanması, tələbə yataqxanalarının yenidən aktivləşməsi və imtahan atmosferində sosial məsafənin gözlənə bilinməməsi kimi hallar yeni növ koronovirusla mübarizədə, eləcə də tələbələrin sağlamlığında risk yaratdığını bildirib. 

Bu tövsiyəni nəzrə alaraq Şura imtahanların onlayn və ya elektron vasitələrin imkanlarından yararlanmaqla keçirilməsi qərarına gəlib. 

 


Story Code: 862163

News Link :
https://www.islamtimes.org/az/news/862163/türkiyənin-ali-təhsil-şurası-universitetlərdə-imtahanların-üz-üzə-olmayacağını-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org