0
Tuesday 12 May 2020 - 09:21

Türkiyənin Ali Təhsil Şurası universitetlərdə imtahanların üz-üzə olmayacağını açıqlayıb

Story Code : 862163
Türkiyənin Ali Təhsil Şurası universitetlərdə imtahanların üz-üzə olmayacağını açıqlayıb
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) ölkədəki bütün universitetlərə göndərdiyi açıqlamada bildirilib.

Ali Təhsil Şurası  Səhiyyə Nazirliyinin bu quruma ünvanladığı tövsiyədə şəhərlərarası kütləvi tələbə hərəkəti, başqa yerlərdən tələbələrin bir araya toplanması, tələbə yataqxanalarının yenidən aktivləşməsi və imtahan atmosferində sosial məsafənin gözlənə bilinməməsi kimi hallar yeni növ koronovirusla mübarizədə, eləcə də tələbələrin sağlamlığında risk yaratdığını bildirib. 

Bu tövsiyəni nəzrə alaraq Şura imtahanların onlayn və ya elektron vasitələrin imkanlarından yararlanmaqla keçirilməsi qərarına gəlib.