QR CodeQR Code

İran koronavirusu aşkarlayan testləri Türkiyə və Almaniyaya ixrac etdi

IslamTimes , 14 May 2020 16:38

İslamTimes: İran Səhiyyə Nazirliyinin rəsmisi bu ölkədə hazırlanmış koronavirusu aşkarlayan testlərin Türkiyə və Almaniyaya ixrac olunduğunu bildirib


Fars Xəbər Agentliyinin məlumatına görə, İran Səhiyyə Nazirliyinin rəsmisi Kianuş Cahanpur öz Twitter hesabında yazıb: "İran istehsalı olan Covid-19 virusunu müəyyən edən testlər artıq lazım olan sənədləşdirmə işlərindən sonra Türkiyə və Almaniyaya ixrac edilir. Virus səbəbindən xarici ölkələrə uçuşların məhdudlaşdırıldığından testlərin bir hissəsinin qatar vasitəsi ilə göndəriləcək.

Qeyd edək ki, İran bundan öncə uzaq məsafədən səthlərdə mövcud olan virusları təyin edə bilən cihaz da istehsal etmişdi. Bundan əlavə ötən gün İslam Respublikasının nano materiallardan istifadə edərək cəmi 30 saniyədə virusu aşkarlayan testlər hazırladığı da xəbər verilib.


Story Code: 862702

News Link :
https://www.islamtimes.org/az/news/862702/iran-koronavirusu-aşkarlayan-testləri-türkiyə-və-almaniyaya-ixrac-etdi

Islam Times
  https://www.islamtimes.org