0
Thursday 14 May 2020 - 16:38

İran koronavirusu aşkarlayan testləri Türkiyə və Almaniyaya ixrac etdi

Story Code : 862702
İran koronavirusu aşkarlayan testləri Türkiyə və Almaniyaya ixrac etdi
Fars Xəbər Agentliyinin məlumatına görə, İran Səhiyyə Nazirliyinin rəsmisi Kianuş Cahanpur öz Twitter hesabında yazıb: "İran istehsalı olan Covid-19 virusunu müəyyən edən testlər artıq lazım olan sənədləşdirmə işlərindən sonra Türkiyə və Almaniyaya ixrac edilir. Virus səbəbindən xarici ölkələrə uçuşların məhdudlaşdırıldığından testlərin bir hissəsinin qatar vasitəsi ilə göndəriləcək.

Qeyd edək ki, İran bundan öncə uzaq məsafədən səthlərdə mövcud olan virusları təyin edə bilən cihaz da istehsal etmişdi. Bundan əlavə ötən gün İslam Respublikasının nano materiallardan istifadə edərək cəmi 30 saniyədə virusu aşkarlayan testlər hazırladığı da xəbər verilib.
Source : IslamTimes