QR CodeQR Code

ABŞ iqtisadiyyatı 38% azala bilər - PROQNOZ

20 May 2020 12:42

İslamTimes: ABŞ Konqresinin Büdcə İdarəsinin bu ilin II rübünə olan proqnozuna görə, ölkə iqtisadiyyatı illik müqayisədə 37,7% azalacaq.


"APA-Economics"in idarəyə istinadən verdiyi məlumata görə, təkcə 2020-ci ilin II rübü ərzində ABŞ-da ÜDM istehsalı əvvəlki rübə nisbətən 11% azalacağı gözlənilir.

Bundan əlavə, II rüb üzrə proqnozlara əsasən, işsizlərin sayı 2019-cu ilin IV rübü ilə müqayisədə 26 mln. nəfər çox olacaq və işsizlik səviyyəsi 15,1% təşkil edəcək. Bu, II Dünya Müharibəsindən bəri məşğuliyyət səviyyəsinin ən kəskin azalması deməkdir.

Qeyd edək ki, işsizliyin III rübdə 15,8% çatacağını gözləyən Konqresinin Büdcə İdarəsi, bərpa prosesinin 2020-ci ilin IV rübündə başlayacağını və bu göstəricinin 11,8% düşəcəyini proqnozlaşdırır.


Story Code: 863805

News Link :
https://www.islamtimes.org/az/news/863805/abş-iqtisadiyyatı-38-azala-bilər-proqnoz

Islam Times
  https://www.islamtimes.org