QR CodeQR Code

Netanyahu sabah məhkəmə qarşısına çıxır

24 May 2020 02:25

İslamTimes: İşğalçı İsrailin Baş naziri Binyamin Netanyahu bu gün hakim qarşısına çıxacaq.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Netanyahu haqqında 3 fərqli korrupsiya işi ilə bağlı məsələyə baxılacaq.

Sionist rejimdə ilk dəfədir ki, Baş nazir vəzifə başında olarkən barəsində məhkəmə işi qaldırılıb. Netanyahunun ilk məhkəmə prosesi Qüds bölgə məhkəməsində keçiriləcək.

Qeyd edək ki, işğalçı İsrailin Baş prokuroru Avicat Mandelblit 21 oktyabr 2019-cu ildə 3 fərqli korrupsiya işi ilə bağlı Netantahuya qarşı iddia qaldırıb. Bu il martın 17-nə planlaşdırılan məhkəmə prosesi isə koronavirus səbəbindən mayın 24-nə keçirilib.


Story Code: 864566

News Link :
https://www.islamtimes.org/az/news/864566/netanyahu-sabah-məhkəmə-qarşısına-çıxır

Islam Times
  https://www.islamtimes.org