QR CodeQR Code

Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

24 May 2020 12:59

İslamTimes: İşğalçı İsrailin blokadada saxladığı “Qəzza zolağında koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib. Bu, Qəzzada ilk koronavirusdan ölüm hadisəsidir”.  qeydə alınıb


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib.

O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb. 

Qadın bu yaxınlarda Misirdən Qəzza zolağına qayıdıb.

Əşrəf əl-Kidra əlavə edib ki, epidemiya başlayandan bəri Fələstində koronavirusa yoluxma hadisələrinin ümumi sayı 55-ə çatıb. Onlardan 39 nəfəri karantindədir, 16 nəfər tam sağalıb, 4 nəfər ölüb.

 


Story Code: 864595

News Link :
https://www.islamtimes.org/az/news/864595/qəzza-zolağında-koronavirusdan-ilk-ölüm-hadisəsi-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org