QR CodeQR Code

Tramp “Twitter”i ABŞ-da seçkilərə müdaxilə etməkdə günahlandırıb

27 May 2020 09:07

İslamTimes: İslamTimes: ABŞ Prezidenti Donald Tramp bəzi paylaşımlarında yalan məlumatlar peyda olduqdan sonra “Twitter” sosial şəbəkəsini Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider özünün “Twitter” səhifəsində yazıb.

“Twitter” indi də 2020-ci il prezident seçkilərinə müdaxilə edir. Onlar bildirirlər ki, kütləvi korrupsiyaya və saxtalaşdırmaya səbəb ola biləcək poçt səsverməsi ilə bağlı mənim açıqlamam “CNN” və “Washington Post”un saxta xəbərləri ilə aparılan məlumatların yoxlanılmasına əsaslanaraq doğru deyil. “Twitter” tamamilə söz azadlığına təzyiq göstərir və mən prezident kimi buna imkan verməyəcəm”, - Tramp belə deyib.


Story Code: 864981

News Link :
https://www.islamtimes.org/az/news/864981/tramp-twitter-i-abş-da-seçkilərə-müdaxilə-etməkdə-günahlandırıb

Islam Times
  https://www.islamtimes.org