QR CodeQR Code

Rusiya: “İdlibdə türk əsgərinin ölməsində məsuliyyəti TİP daşıyır”

28 May 2020 13:55

İslamTimes: Rusiyanın Suriyadakı Tərəflərin Barışdırma Mərkəzi Türkistan İslam Partiyasının (TİP) yaraqlılarının İdlibdəki M4 şossesində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) karvanına hücuma görə cavabdeh olduğunu bildirib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Oleq Juravlyov bugünkü (28 may) mətbuat brifinqində bunları deyib: “Mərkəzimizin əldə etdiyi məlumata görə, terror aktına görə Türkistan İslam Partiyasının yaraqlıları məsuliyyət daşıyırlar. Türkiyənin hərbi karvanı bu terror qruplaşmasının silah-sursat anbarına yaxınlaşdıqda əldəqayırma partlayıcı qurğuları partlatdıblar.

Juravlyov hücumun mayın 27-si saat 10:40 radələrində İdlibin İnkzik ərazisində reallaşdırıldığını bildirərək, belə deyib: “Partlayış nəticəsində çoxlu sayda qəlpə yarası alan və Türkiyə ərazisinə təxliyə edilən, bir Türkiyə əsgəri həyatını itirdi”


Story Code: 865233

News Link :
https://www.islamtimes.org/az/news/865233/rusiya-idlibdə-türk-əsgərinin-ölməsində-məsuliyyəti-tip-daşıyır

Islam Times
  https://www.islamtimes.org