QR CodeQR Code

BMT baş katibi ABŞ polisinin etirazçılarla rəftarını tənqid etdi

6 Jun 2020 15:06

İslamTimes: BMT-nin baş katibi Antonio Quterres etirazlara qarşı ABŞ polisi və təhlükəsizlik qüvvələrinin hərəkətlərini növbəti dəfə tənqid edib.


Deyerler.org xəbər verir ki, Antonio Quterres bir neçə gün ərzində ikinci dəfə Tvitter üzərindən ABŞ polisi və təhlükəsizlik qüvvələrini qınayıb: “İrqçiliyə qarşı müharibə BMT-nin fəaliyyətinin mərkəzi hissəsidir. Ancaq hər yerdə irqçilik varsa, demək o Birləşmiş Millətlər Təşkilatının daxilindədir. Dünən heyət (BMT) irqçilik qurbanları ilə həmrəyliyini göstərmək və narahatlıqlarını bölüşmək üçün toplandı”.

Quterres növbəti tvitində isə bunları qeyd edib: “Fikir və düşüncə, dürüstlük və hərəkətlə irəliləməliyik”.

Son on gündə ABŞ-ın müxtəlif ştatlarında afroamerikalı Corc Floydun vəhşicəsinə öldürülməsinə qarşı şiddətli etirazlar keçirilir. Polisin çevik qüvvə dəstələri yüzlərlə etirazçılara güc tətbiq edir və mitinqlərdə ən azı 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və 10 mindən çox insan həbs edilib.


Story Code: 866944

News Link :
https://www.islamtimes.org/az/news/866944/bmt-baş-katibi-abş-polisinin-etirazçılarla-rəftarını-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org