QR CodeQR Code

Hizbullah Hərəkatı ixtilaf yaradanlara xəbərdarlıq etdi

IslamTimes , 7 Jun 2020 18:35

İslamTimes: Livanın Müqavimət Hərəkatı Peyğəmbərin (s) xanımlarını təhqir edərək ölkədə məzhəb qarşıdurması yaratmağa çalışanlara ciddi xəbərdarlıq edib


Livanın Hizbullah hərəkatı sosial mediada yayımlanan Peyğəmbərin (s) xanımlarına qarşı təhqiramiz ifadələr səsləndirilən videoya cavab olaraq, ölkədə fitnə yaratmaq istəyən amillər və qarışıqlıqdan sui-istifadə etmək niyyətində olanlarla bağlı xəbərdarlıq edib.

Müqavimət Hərəkatının Bəyanatında deyilir: "Bəzi insanların son günlərdə sosial şəbəkələrdə yayılmış təhqiramiz şüarlarını qətiyyətlə rədd edirik və bu fikirlərin bütün dindarların və müsəlmanların mövqeyini əks etdirmədiyini bildiririk."

Əl-Mənarın bildirdiyinə görə, Hizbullah Müqavimət Hərəkatı öz bəyanatında İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin də bu mövzu ilə bağlı mövqeyini yada salıb və bildirib ki, Ayətullah Xamenei İslam Peyğəmbərinin (s) xanımlarına və ümumiyyətlə İslam müqəddəslərinə qarşı hər hansı bir təhqirin haram olması ilə bağlı fətva verib.

Hizbullah Hərəkatı bəyanatın sonunda ixtilaf yaradanlara, ixtilaflardan sui-istifadə edənlərə ciddi xəbərdarlıq edib və bir daha elan edib ki, dini zəmində gərginliyə, məzhəblər arasında ixtilafa səbəb ola biləcək açıqlamara qarşıdır.


Story Code: 867146

News Link :
https://www.islamtimes.org/az/news/867146/hizbullah-hərəkatı-ixtilaf-yaradanlara-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org