0
Sunday 7 June 2020 - 18:35

Hizbullah Hərəkatı ixtilaf yaradanlara xəbərdarlıq etdi

Story Code : 867146
Hizbullah Hərəkatı ixtilaf yaradanlara xəbərdarlıq etdi
Livanın Hizbullah hərəkatı sosial mediada yayımlanan Peyğəmbərin (s) xanımlarına qarşı təhqiramiz ifadələr səsləndirilən videoya cavab olaraq, ölkədə fitnə yaratmaq istəyən amillər və qarışıqlıqdan sui-istifadə etmək niyyətində olanlarla bağlı xəbərdarlıq edib.

Müqavimət Hərəkatının Bəyanatında deyilir: "Bəzi insanların son günlərdə sosial şəbəkələrdə yayılmış təhqiramiz şüarlarını qətiyyətlə rədd edirik və bu fikirlərin bütün dindarların və müsəlmanların mövqeyini əks etdirmədiyini bildiririk."

Əl-Mənarın bildirdiyinə görə, Hizbullah Müqavimət Hərəkatı öz bəyanatında İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin də bu mövzu ilə bağlı mövqeyini yada salıb və bildirib ki, Ayətullah Xamenei İslam Peyğəmbərinin (s) xanımlarına və ümumiyyətlə İslam müqəddəslərinə qarşı hər hansı bir təhqirin haram olması ilə bağlı fətva verib.

Hizbullah Hərəkatı bəyanatın sonunda ixtilaf yaradanlara, ixtilaflardan sui-istifadə edənlərə ciddi xəbərdarlıq edib və bir daha elan edib ki, dini zəmində gərginliyə, məzhəblər arasında ixtilafa səbəb ola biləcək açıqlamara qarşıdır.
Source : IslamTimes