QR CodeQR Code

Nyu-Yorkda komendant saatı ləğv edilib

8 Jun 2020 00:18

İslamTimes: Nyu-York meri Bill de Blasio şəhərdə komendant saatının ləğv olunduğunu elan edib.


Artıq etiraz aksiyaları dinc formaya keçdiyi üçün belə bir qərar alıblar.

Qeyd edək ki, Nyu-York-da davam edən iğtişaşlardan sonra hakimiyyət bazar gününə qədər komendant saatı tətbiq etmişdi.

Mer bununla bağlı Twitter səhifəsində belə yazıb:

"Nyu-York: Komendant saatını ləğv edirik. Dünən şəhərimizin sakinləri yaxşı nümunə göstəriblər. Ona görə də, sabah komendant saatı ləğv olunur”.

Bundan əvvəl də Nyu-York əyalətinin qubernatoru Endryu Cuomo bildirmişdi ki, hakimiyyət koronavirus pandemiyasına görə şəhərdə tətbiq olunan məhdudiyyətləri iyunun 8-dən qaldırmağa başlayacaq.

Artıq sabahdan etibarən şəhərdə topdan və pərakəndə ticarət işləri yenidən davam edəcək. Restoran və barlar da fəaliyyətini bərpa edir.


Story Code: 867196

News Link :
https://www.islamtimes.org/az/news/867196/nyu-yorkda-komendant-saatı-ləğv-edilib

Islam Times
  https://www.islamtimes.org