QR CodeQR Code

Əli Şəmxani: “İran neft tankerləri müqavimət strategiyasının effektivliyini göstərdi”

8 Jun 2020 14:00

İslamTimes: İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani İran neft tankerlərinin uğurla geri qayıtmasının aktiv müqavimət strategiyasının effektivliyini göstərdiyini bildirib.


Deyerler.org xəbər verir ki, Əli Şəmxani Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “İran neft tankerləri missiyalarını uğurla yerinə yetirdikdən sonra ölkəyə qayıdırlar. Beləliklə, aktiv müqavimət strategiyası işə yaradı və bizi blokadaya almağa çalışan axmaqlar İranın gücündən qaynaqlanan mühasirədədirlər”.

Şəmxani, həmçinin ABŞ-ın prezidenti Donald Tramp və İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun müzakirə üçün yalvarışlarının bu iddiaya dəlil olduğunu söyləyib.

Xatırladaq ki, İrana məxsus 5 neft tankeri Venesuelaya yanacaq nəql etdikdən sonra bir-bir İrana doğru irəliləyir.


Story Code: 867310

News Link :
https://www.islamtimes.org/az/news/867310/əli-şəmxani-iran-neft-tankerləri-müqavimət-strategiyasının-effektivliyini-göstərdi

Islam Times
  https://www.islamtimes.org