QR CodeQR Code

Netanyahu: “ABŞ hələ də ilhaqa yaşıl işıq verməyib”

9 Jun 2020 13:35

İslamTimes: Sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qərbi Şəriyənin bəzi ərazilərini işğal olunmuş Fələstin ərazilərinə birləşdirmək və onların üzərində suverenliyini elan etmək planının həyata keçirilməsinə hələ də yaşıl işığın verilmədiyini bildirib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Netanyahu deyib: "Planın inkişafı hələ bitməyib. Təxminən 73 il əvvəl görmədiyimiz fürsətdən istifadə etməliyik. Xüsusilə ABŞ prezidentinin kölgəsində". Netanyahu ilə görüşən rəsmilər, Netanyahunun ilhaq planını iyulun 1-dək həyata keçirməyə çalışdığını, lakin koalisiya qurmaq üçün aparılan danışıqlar səbəbi ilə təxirə salındığını vurğulayıb. Netanyahu, ABŞ-ın hələ Qərb Sahilindəki hissələrin ilhaq edilməsi üçün İsrail rejiminə yaşıl işıq vermədiyini bildirib. “Təyin edilmiş torpaq sahəsi ilə əlaqədar amerikalılarla fikir ayrılığı var. ABŞ-ın Tramp planına dair İsrail rejiminə göndərdiyi yeganə sorğusu, fələstinlilərlə danışıqlara başlamaq üçün ilkin razılaşmadır. ABŞ danışıq aparmalı olduğu tərəfin Fələstin dövləti olduğunu deyir, lakin bizdə belə bir ad yoxdur", - deyə sionist rejimin baş katibi qeyd edib. Netanyahunun sözlərinə görə, xəritəçəkmə işində Qərb Sahili yaşayış məntəqələrinin rəhbərləri iştirak edir.

 


Story Code: 867528

News Link :
https://www.islamtimes.org/az/news/867528/netanyahu-abş-hələ-də-ilhaqa-yaşıl-işıq-verməyib

Islam Times
  https://www.islamtimes.org