0
Tuesday 9 June 2020 - 13:35

Netanyahu: “ABŞ hələ də ilhaqa yaşıl işıq verməyib”

Story Code : 867528
Netanyahu: “ABŞ hələ də ilhaqa yaşıl işıq verməyib”
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Netanyahu deyib: "Planın inkişafı hələ bitməyib. Təxminən 73 il əvvəl görmədiyimiz fürsətdən istifadə etməliyik. Xüsusilə ABŞ prezidentinin kölgəsində". Netanyahu ilə görüşən rəsmilər, Netanyahunun ilhaq planını iyulun 1-dək həyata keçirməyə çalışdığını, lakin koalisiya qurmaq üçün aparılan danışıqlar səbəbi ilə təxirə salındığını vurğulayıb. Netanyahu, ABŞ-ın hələ Qərb Sahilindəki hissələrin ilhaq edilməsi üçün İsrail rejiminə yaşıl işıq vermədiyini bildirib. “Təyin edilmiş torpaq sahəsi ilə əlaqədar amerikalılarla fikir ayrılığı var. ABŞ-ın Tramp planına dair İsrail rejiminə göndərdiyi yeganə sorğusu, fələstinlilərlə danışıqlara başlamaq üçün ilkin razılaşmadır. ABŞ danışıq aparmalı olduğu tərəfin Fələstin dövləti olduğunu deyir, lakin bizdə belə bir ad yoxdur", - deyə sionist rejimin baş katibi qeyd edib. Netanyahunun sözlərinə görə, xəritəçəkmə işində Qərb Sahili yaşayış məntəqələrinin rəhbərləri iştirak edir.