QR CodeQR Code

Pekində korona xəstəsi qalmadı

10 Jun 2020 09:38

İslamTimes: Çin paytaxtında daxili ötürülmə yolu ilə yeni növ koronavirusa (COVİD-19) yoluxmuş bütün pasiyentlər sağalıb.


Axar.az xəbər verir ki, sonuncu COVİD-19 xəstəsi iyunun 8-də müalicəni başa vuraraq xəstəxananı tərk edib.

Ötən sutka ərzində təsdiqlənmiş, şübhəli və asimptomik yoluxma da qeydə alınmayıb. Ümumiyyətlə, ardıcıl 54 gündür ki, Pekində daxili ötürülmə yolu ilə yoluxma baş verməyib. İndiyədək xaricdən gələn 174 nəfərin yeni növ koronavirus daşıyıcısı olduğu aşkarlanıb. Onların da 173 nəfəri müalicəni başa vurub.

 


Story Code: 867652

News Link :
https://www.islamtimes.org/az/news/867652/pekində-korona-xəstəsi-qalmadı

Islam Times
  https://www.islamtimes.org