QR CodeQR Code

Səudiyyə rejimi ilk dəfə Suriyada səfirlik açmaq barədə danışdı

11 Jun 2020 06:23

İslamTimes: Səudiyyə rejiminin BMT-dəki daimi nümayəndəsi Abdullah bin Yəhya Əl-Muallami iyunun 10-u verdiyi açıqlamasında Suriyanın Ərəb Dövlətləri Liqasına (ƏDL) qayıtmalı olduğunu vurğulayıb.


Deyerler.org xəbər verir ki, Əl-Muallami RT Arabic-yə verdiyi müsahibəsində, Ər-Riyad və Dəməşq arasındakı əlaqələrin, Suriya böhranının sona çatması və Suriya xalqının fraksiyalarının ölkədəki gələcək istiqamətlər barədə razılığa gələcəyi təqdirdə hər gün və hər an bərpa edilə biləcəyini söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin oxşar addımları kimi Səudiyyə rejiminin də Dəməşqdə səfirliyini açmasının mümkün olduğunu bildirən Əl-Muallami, belə deyib: “Hələ yaxın vaxtlarda oxşar bir addımın atılması mümkün deyil, çünki vaxt hələ gəlməyib”.

Xatırladaq ki, Suriyadan olan bir heyət, BƏƏ-nin keçən il Dəməşqdəki səfirliyini açmasından sonra Əbu-Dabiyə səfər etmişdi.

 


Story Code: 867860

News Link :
https://www.islamtimes.org/az/news/867860/səudiyyə-rejimi-ilk-dəfə-suriyada-səfirlik-açmaq-barədə-danışdı

Islam Times
  https://www.islamtimes.org