0
Thursday 11 June 2020 - 06:23

Səudiyyə rejimi ilk dəfə Suriyada səfirlik açmaq barədə danışdı

Story Code : 867860
Səudiyyə rejimi ilk dəfə Suriyada səfirlik açmaq barədə danışdı
Deyerler.org xəbər verir ki, Əl-Muallami RT Arabic-yə verdiyi müsahibəsində, Ər-Riyad və Dəməşq arasındakı əlaqələrin, Suriya böhranının sona çatması və Suriya xalqının fraksiyalarının ölkədəki gələcək istiqamətlər barədə razılığa gələcəyi təqdirdə hər gün və hər an bərpa edilə biləcəyini söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin oxşar addımları kimi Səudiyyə rejiminin də Dəməşqdə səfirliyini açmasının mümkün olduğunu bildirən Əl-Muallami, belə deyib: “Hələ yaxın vaxtlarda oxşar bir addımın atılması mümkün deyil, çünki vaxt hələ gəlməyib”.

Xatırladaq ki, Suriyadan olan bir heyət, BƏƏ-nin keçən il Dəməşqdəki səfirliyini açmasından sonra Əbu-Dabiyə səfər etmişdi.