QR CodeQR Code

İran qərəzli hesabatı rədd etdi

14 Jun 2020 09:28

İslamTimes: Tehran “Saudi Aramko” şirkətinin müəssisələrinə hücumun İran mənşəli silahlarla gerçəkləşdirməsi ilə bağlı BMT Baş katibi Antonio Quterreşin hesabatını rədd edib.


Axar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi sözügedən hesabatı qınayıb və bir sıra çatışmazlıqların olduğunu vurğulayıb.

"Tehran ABŞ tərəfindən ələ keçirildiyi bildirlən silahların İran istehsalı olması ilə bağlı fikirləri qəti şəkildə rədd edir", - açıqlamada bildirilib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurası üçün hazırladığı hesabatda “Saudi Aramko” şirkətinin müəssisələrinə və Abxa şəhərindəki hava limanına hücumların İran istehsalı silahlarla gerçəkləşdirildiyini söyləyib.

 


Story Code: 868490

News Link :
https://www.islamtimes.org/az/news/868490/iran-qərəzli-hesabatı-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org