QR CodeQR Code

Fransada aksiyaların keçirilməsinə qoyulan qadağa ləğv edilib

14 Jun 2020 12:05

İslamTimes: Fransa Dövlət Şurası yeni növ koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı ləğv edib.


APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bu barədə qərar dünən axşam qəbul edilib.

Toplaşmaq azadlığının fundamental hüquq olduğu qeyd edilən qərara əsasən, aksiyaçıların sayı 5 min nəfəri ötməməlidir. Aksiya barədə öncədən şəhər bələdiyyəsi, yaxud polisə məlumat verilməlidir.  

Koronavirusun yayılması ilə tədbirlər görülməyəcəyi və aksiyaçıların sayı 5 min nəfəri ötəcəyi halda hakimiyyə aksiyanı qadağan edə bilər.

Qeyd edək ki, Fransa hökuməti koronavirus infeksiyası ilə əlaqədar mayın 31-də ölkədə aksiyaların, görüşlərin keçirilməsi və ictimai yerlərdə 10 nəfərdən artıq toplaşmanı qadağan etmişdi.


Story Code: 868534

News Link :
https://www.islamtimes.org/az/news/868534/fransada-aksiyaların-keçirilməsinə-qoyulan-qadağa-ləğv-edilib

Islam Times
  https://www.islamtimes.org