0
Sunday 14 June 2020 - 12:05

Fransada aksiyaların keçirilməsinə qoyulan qadağa ləğv edilib

Story Code : 868534
Fransada aksiyaların keçirilməsinə qoyulan qadağa ləğv edilib
APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bu barədə qərar dünən axşam qəbul edilib.

Toplaşmaq azadlığının fundamental hüquq olduğu qeyd edilən qərara əsasən, aksiyaçıların sayı 5 min nəfəri ötməməlidir. Aksiya barədə öncədən şəhər bələdiyyəsi, yaxud polisə məlumat verilməlidir.  

Koronavirusun yayılması ilə tədbirlər görülməyəcəyi və aksiyaçıların sayı 5 min nəfəri ötəcəyi halda hakimiyyə aksiyanı qadağan edə bilər.

Qeyd edək ki, Fransa hökuməti koronavirus infeksiyası ilə əlaqədar mayın 31-də ölkədə aksiyaların, görüşlərin keçirilməsi və ictimai yerlərdə 10 nəfərdən artıq toplaşmanı qadağan etmişdi.