QR CodeQR Code

Parisdə etiraz aksiyasında 19 polis yaralanıb

17 Jun 2020 09:05

İslamTimes: Fransanın paytaxtı Parisdə başlayan iğtişaşlarda 19 polis əməkdaşı yaralanıb, 30-dan çox etirazçı saxlanılıb.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polisin yaydığı məlumatda bildirilib.

Paytaxtda əvvəlcə tibb işçilərinin dinc etiraz aksiyası keçirilib. Qara geyimli bir qrup gəncin aksiyaya qoşulması ilə polislə qarşıdurma yaranıb. 

Təxminən iki saat davam edən iğtişaşlar zamanı gənclər tərəfindən polisə müxtəlif əşyalar atılıb. Hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazlardan istifadə edərək kütləni dağıtmağa çalışıb.


Story Code: 869114

News Link :
https://www.islamtimes.org/az/news/869114/parisdə-etiraz-aksiyasında-19-polis-yaralanıb

Islam Times
  https://www.islamtimes.org