QR CodeQR Code

Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 12 əməkdaşını öldürüb

17 Jun 2020 11:35

İslamTimes: Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.


APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Cövzcan vilayətində “Taliban” döyüşçülərinin iki yoxlanış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı öldürülüb, 5 nəfər yaralanıb. 

Toqquşma zamanı 5 “Taliban” üzvü öldürülüb, 10 nəfər isə yaralanıb.

“Taliban” döyüşçüləri təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını əsir götürüb.

“Taliban” hücumla bağlı açıqlama yaymayıb.

 


Story Code: 869152

News Link :
https://www.islamtimes.org/az/news/869152/əfqanıstanda-taliban-təhlükəsizlik-qüvvələrinin-12-əməkdaşını-öldürüb

Islam Times
  https://www.islamtimes.org