QR CodeQR Code

ABŞ Senatı nüvə sınağı layihəsini təsdiqlədi

17 Jun 2020 13:12

İslamTimes: ABŞ Senatı nüvə sınağı layihələri üçün 10 milyon dollar ayrılmasını təsdiqlədi. Hill internet qəzetinin yazdığına əsasən, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi, ABŞ prezidentini nüvə sınağını bərpa etmək üçün 10 milyon dollar ayrılması haqqında qərar qəbul etdi.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, respublikaçı senator Tom Kottonun təklif etdiyi müdafiə büdcəsi layihəsinə edilən dəyişiklik, nüvə sınağı layihələrinin həyata keçirilməsi üçün ən azı 10 milyon dollarla təmin edəcək. Layihəyə edilən dəyişiklik Senatın Silahlı Qüvvələr komitəsinin Dövlət Müdafiə Qanunu ilə bağlı qapalı iclasında 14 lehinə və 13 əleyhinə səslə təsdiqləndi. Amerikanın Vaşinqton Post qəzeti, ilk nüvə sınağının keçirilməsinin müzakirəsinin 2020-ci ildə mayın 15-i ABŞ-ın yüksək səviyyəli rəsmilərinin iclasında müzakirə edildiyini bildirib. ABŞ 1992-ci ildən etibarən heç bir nüvə sınağı keçirməyib. Son aylarda Tramp Rusiya və Çini heç bir sübut olmadan aşağı səviyyəli nüvə sınağında ittiham edib. Vaşinqton, BMT-nin Hərtərəfli Sınaqların Qadağası Müqaviləsini imzaladığı halda, belə bir silah yarışına hazırlaşır.


Story Code: 869165

News Link :
https://www.islamtimes.org/az/news/869165/abş-senatı-nüvə-sınağı-layihəsini-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org