QR CodeQR Code

Ət kombinatının 400 işçisi koronavirusa yoluxdu

18 Jun 2020 08:35

İsamTimes: Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında ət kombinatının azı 400 işçisi koronavirusa yoluxub.


Teleqraf.com-un məlumatına görə, bu barədə bölgənin rəhbərliyi bildirib.

Qeyd olunub ki, “Tönnies” ət emalı şirkətinin əməkdaşları arasında keçirilmiş 500 testdən 400-ü pozitivlə nəticələnib. Daha 500 testin nəticələri gözlənilir.

Almaniyada karantin rejiminin yumşaldılmasından sonra bir sıra ət emalı müəssisələrində yoluxma halları çoxalıb. Bununla əlaqədar həmin müəssisələrdə nəzarət tədbirlərinin gücləndirilməsi qərara alınıb.


Story Code: 869299

News Link :
https://www.islamtimes.org/az/news/869299/ət-kombinatının-400-işçisi-koronavirusa-yoluxdu

Islam Times
  https://www.islamtimes.org