QR CodeQR Code

Amerika himninin sözlərini yazan şairin də heykəli aşırıldı

IslamTimes , 21 Jun 2020 10:44

İslamTimes: Amerikada nümayişçilər daha bir neçə quldarlıq tərəfdarı olan şəxsin heykəlini aşırdı


"Associated Press"in verdiyi məlumata görə Amerikada şənbə günü etirazçılar daha bir neçə heykəli, o cümlədən Amerikanın dövlət himninin sözlərinin müəllifi olan şairin heykəlini aşırıblar.

Məlumata görə, ABŞ-ın şərq əyalətlərində "Amerika Konfederativ Ştatları" dövrünə aid komandirlərin xatirəsinə ucaldılmış daha bir neçə heykəl də aşırılıb.

Şimali Karolinada qubernator şiddətli qarşıdurmaların qarşısını almaq üçün bir neçə heykəlin təcili olaraq götürülməsini əmr edib.

Bu heykəllərə, simvollara hücum qaradərili amerikalı Corc Floydun polis tərəfindən vəhşicəsinə öldürülməsindən sonra keçirilən etirazların bir hissəsidir.

Bir neçə həftə əvvəl ağdərili bir polisin dizini qaradərili Corc Floydun boynuna basaraq onu boğaraq öldürdüyünə aid video görüntülər yayıldı. Bu görüntülər təkcə qaradərililər deyil, hətta ağdərili amerikalıların da qəzəbəni səbəb olub. Həftələrdir Amerikada "Blacks Lives Matter" (Qaradərililərin Həyatı Önəmlidir) şüarı ilə aksiyalar keçirilir.


Story Code: 869918

News Link :
https://www.islamtimes.org/az/news/869918/amerika-himninin-sözlərini-yazan-şairin-də-heykəli-aşırıldı

Islam Times
  https://www.islamtimes.org