QR CodeQR Code

Ruhani: “ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”

24 Jun 2020 11:43

İslamTimes: İran Prezidenti Həsən Ruhani: ABŞ üzr istəyərsə...


APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani televiziyada çıxışı zamanı bildirib: “Vaşinqton üzr istəyib nüvə sazişinə dair öhdəliklərini yerinə yetirərsə və 2015-ci il müqaviləsindən çıxmasına görə Tehrana kompensasiya ödəyərsə, o zaman ABŞ-la danışıqlar aparmaqla bağlı heç bir problemimiz qalmaz”.

İran Prezidenti vurğulayıb ki, ABŞ-ın Tehrana danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir və yalandır. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.


Story Code: 870581

News Link :
https://www.islamtimes.org/az/news/870581/ruhani-abş-ın-danışıqlarla-bağlı-çağırışları-sadəcə-söz-naminədir

Islam Times
  https://www.islamtimes.org