0
Wednesday 24 June 2020 - 11:43

Ruhani: “ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”

Story Code : 870581
Ruhani: “ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani televiziyada çıxışı zamanı bildirib: “Vaşinqton üzr istəyib nüvə sazişinə dair öhdəliklərini yerinə yetirərsə və 2015-ci il müqaviləsindən çıxmasına görə Tehrana kompensasiya ödəyərsə, o zaman ABŞ-la danışıqlar aparmaqla bağlı heç bir problemimiz qalmaz”.

İran Prezidenti vurğulayıb ki, ABŞ-ın Tehrana danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir və yalandır. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.