QR CodeQR Code

İran Şəhid Qasim Süleymaninin öldürülməsində əli olduğu üçün Trampı ‘İnterpol’ xətti ilə axtarışa verib

Maide , 29 Jun 2020 16:42

İslamtimes - İran şəhid general Qasim Süleymaninin öldürülməsində əli olduğu üçün 36 nəfər o cümlədən ABŞ prezidenti Donald Trampın haqqında interpol vasitəsilə axtarış elan edib.


Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, bunu  Tehran prokroru  Əli Əlqasi  deyib.
 
Onun sözlərinə görə,  İran məhkəməsi  həmin şəxslər haqqında  şəhid Süleymanin  ölümündə  bir başa iştirakı, qətl, terror üçün əmr verilməsi və  yardım etmə ittihamı ilə cinayət işi açılıb.
 
 "İran məhkəməsi İnterpol vasitəsi ilə həmin şəxslər haqqında qırmızı bülletenlə axtarışa verilib. Siyahıda ABŞ prezidenti Donald Tramp  birincidir və  onun haqqında axtarış prezidentlik dövrü bitdikdən sonra da aparılacaq.Çünki  D.Trampı dünyanın ən böyük terrorçusudur." 
 
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ terroru nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qüvvələrinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub.  


Story Code: 871551

News Link :
https://www.islamtimes.org/az/news/871551/iran-şəhid-qasim-süleymaninin-öldürülməsində-əli-olduğu-üçün-trampı-interpol-xətti-ilə-axtarışa-verib

Islam Times
  https://www.islamtimes.org