İran Şəhid Qasim Süleymaninin öldürülməsində əli olduğu üçün Trampı ‘İnterpol’ xətti ilə axtarışa verib
Story Code : 871551
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, bunu Tehran prokroru Əli Əlqasi deyib.
Onun sözlərinə görə, İran məhkəməsi həmin şəxslər haqqında şəhid Süleymanin ölümündə bir başa iştirakı, qətl, terror üçün əmr verilməsi və yardım etmə ittihamı ilə cinayət işi açılıb.
"İran məhkəməsi İnterpol vasitəsi ilə həmin şəxslər haqqında qırmızı bülletenlə axtarışa verilib. Siyahıda ABŞ prezidenti Donald Tramp birincidir və onun haqqında axtarış prezidentlik dövrü bitdikdən sonra da aparılacaq.Çünki D.Trampı dünyanın ən böyük terrorçusudur."
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ terroru nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qüvvələrinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub.