QR CodeQR Code

ABŞ İraqdan çıxmamaq üçün bütün vasitələrə əl atır

IslamTimes , 8 Jul 2020 15:20

İslamTimes: ABŞ-ın CENTCOM terror təşkilatının rəhbəri general Kennet Makkenzi ötən gün gecə İraqın yeni Baş naziri Mustafa əl-Kazimi ilə görüşüb


ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi ötən gün gecə İraqın yeni Baş naziri Mustafa əl-Kazimi ilə görüşərək, ABŞ əsgərlərinin İraqda qalması haqda müzakirə edib.

Associated Press-in məlumatına görə, Kennet Makkenzi görüş zamanı iddia edib ki, İraq dövləti Amerika qüvvələrinin bu ölkədə olmasını istəyir.

Makkenzi mətbuat konfransında deyib: "İnanıram ki, gələcəkdə onlar (iraqlılar) bizdən yanlarında olmağımızı istəyəcəklər."

ABŞ rəsmisi həmçinin iddia edib ki, Əl-Kazimi İraq hökumətindəki bütün fraksiyalarla dil tapmaq, ABŞ və İranla münasibətləri qorumalı olduğundan çətin vəziyyətdədir.

Makkenzi deyib: "Düşünürəm ki, o (Əl-Kazimi) etimad qazanmaq üçün danışıqlar aparır. Əl-Kazimiyə kömək etməliyik, o çox çətin durumdadır."

ABŞ-ın CENTCOM terror təşkilatının rəhbəri olan Makkenzi, İraqda nə qədər ABŞ əsgərinin qalacağı haqda açıqlama verməyib.

Qeyd edək ki, hazırda İraqda 6000-ə yaxın ABŞ əsgəri var.


Story Code: 873258

News Link :
https://www.islamtimes.org/az/news/873258/abş-iraqdan-çıxmamaq-üçün-bütün-vasitələrə-əl-atır

Islam Times
  https://www.islamtimes.org