QR CodeQR Code

ABŞ təyyarəsi sərhəddə: Rus qırıcıları havalandı...

12 Jul 2020 06:42

İslamTimes: Rusiya qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qarşısını kəsib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın Su-35S və MiQ-35BM qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135W strateji kəşfiyyat təyyarəsinin qarşısını kəsib. ABŞ təyyarəsi Yapon dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşdığı zaman rus qırıcıları havalanıb.

Rusiya qırıcıları ABŞ təyyarəsini təhlükəsiz məsafədən müşayiət edib. ABŞ təyyarəsinin Rusiya sərhədindən uzaqlaşdığından əmin olduqdan sonra qırıcılar geri qayıdıb”, - məlumatda bildirilib.


Story Code: 873906

News Link :
https://www.islamtimes.org/az/news/873906/abş-təyyarəsi-sərhəddə-rus-qırıcıları-havalandı

Islam Times
  https://www.islamtimes.org