0
Sunday 12 July 2020 - 06:42

ABŞ təyyarəsi sərhəddə: Rus qırıcıları havalandı...

Story Code : 873906
ABŞ təyyarəsi sərhəddə: Rus qırıcıları havalandı...
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın Su-35S və MiQ-35BM qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135W strateji kəşfiyyat təyyarəsinin qarşısını kəsib. ABŞ təyyarəsi Yapon dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşdığı zaman rus qırıcıları havalanıb.

Rusiya qırıcıları ABŞ təyyarəsini təhlükəsiz məsafədən müşayiət edib. ABŞ təyyarəsinin Rusiya sərhədindən uzaqlaşdığından əmin olduqdan sonra qırıcılar geri qayıdıb”, - məlumatda bildirilib.