QR CodeQR Code

MN təkzib etdi: Bütün PUA-lar sıradadır

16 Jul 2020 12:18

İslamTimes: Azərbaycana məxsus 13 PUA-nın vurulması xəbəri təkzib edilib


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın yaydığı məlumatı təkzib edib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur", - bildirilib.

Qeyd edək ki, işğalçı Ermənistanın yayımladığı videoda bir pilotsuzun hədəfə alınması nümayiş etdirilirdi. Ermənistan bu PUA-nın Azərbaycana məxsus olduğunu iddia etmişdi.


Story Code: 874814

News Link :
https://www.islamtimes.org/az/news/874814/mn-təkzib-etdi-bütün-pua-lar-sıradadır

Islam Times
  https://www.islamtimes.org