0
Thursday 16 July 2020 - 12:18

MN təkzib etdi: Bütün PUA-lar sıradadır

Story Code : 874814
MN təkzib etdi: Bütün PUA-lar sıradadır
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın yaydığı məlumatı təkzib edib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur", - bildirilib.

Qeyd edək ki, işğalçı Ermənistanın yayımladığı videoda bir pilotsuzun hədəfə alınması nümayiş etdirilirdi. Ermənistan bu PUA-nın Azərbaycana məxsus olduğunu iddia etmişdi.