QR CodeQR Code

Bil Qeyts ABŞ-ın koronavirus test sistemini tənqid edib

29 Jul 2020 08:29

İslamTimes: “Microsoft”un qurucusu Bill Qeyts ABŞ-da mövcud koronavirus test sistemini tənqid edərək, sınaqların başa çatması üçün tələb olunan vaxtı mənasız adlandırıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bil Qeyts CNBC telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda ABŞ-da bir testin nəticəsi üçün 3 gündən çox, bəzən hətta bir həftədən çox vaxt tələb olunur: “Testin nəticəsi üçün vaxt itkisinə görə heç kim 1 dollar belə ödəməməlidir. Bu, dəlilikdir”. 

Qeyts əlavə edib ki, ABŞ-ın COVID-19 sınaq sistemi vaxt və pul itkisidir. 

Onun sözlərinə görə, ilin sonuna kimi lazımi və effektiv dərmanların əldə edilməsi xəstəlikdən ölüm hallarını azaldacaq, yoluxmanın qarşısını alacaq”. 


Story Code: 877235

News Link :
https://www.islamtimes.org/az/news/877235/bil-qeyts-abş-ın-koronavirus-test-sistemini-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org