0
Wednesday 29 July 2020 - 08:29

Bil Qeyts ABŞ-ın koronavirus test sistemini tənqid edib

Story Code : 877235
Bil Qeyts ABŞ-ın koronavirus test sistemini tənqid edib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bil Qeyts CNBC telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda ABŞ-da bir testin nəticəsi üçün 3 gündən çox, bəzən hətta bir həftədən çox vaxt tələb olunur: “Testin nəticəsi üçün vaxt itkisinə görə heç kim 1 dollar belə ödəməməlidir. Bu, dəlilikdir”. 

Qeyts əlavə edib ki, ABŞ-ın COVID-19 sınaq sistemi vaxt və pul itkisidir. 

Onun sözlərinə görə, ilin sonuna kimi lazımi və effektiv dərmanların əldə edilməsi xəstəlikdən ölüm hallarını azaldacaq, yoluxmanın qarşısını alacaq”.