QR CodeQR Code

Suriyada insan orqanlarının olduğu sığınacaq tapıldı

30 Jul 2020 02:05

İslamTimes: Suriya hərbçiləri yerli sakinlərin yardımı ilə İdlibdə terrorçuların insan orqanlarının saxlanıldığı sığınacağı aşkarlayıb.


Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan həkim terrorçuların sığınacaq kimi istifadə etdiyi evdə primitiv tibbi laboratoriya yaradıb.

Orada şəffaf qablarda xloroform məhluluna qoyulmuş insan orqanları aşkarlanıb. Həmin qablarda kişi və qadın adları da yazıldığı məlum olub.

Qeyd edək ki, orqan satışı terrorçuların əsas gəlir mənbələrindən biridir.


Story Code: 877437

News Link :
https://www.islamtimes.org/az/news/877437/suriyada-insan-orqanlarının-olduğu-sığınacaq-tapıldı

Islam Times
  https://www.islamtimes.org