0
Thursday 30 July 2020 - 02:05

Suriyada insan orqanlarının olduğu sığınacaq tapıldı

Story Code : 877437
Suriyada insan orqanlarının olduğu sığınacaq tapıldı
Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan həkim terrorçuların sığınacaq kimi istifadə etdiyi evdə primitiv tibbi laboratoriya yaradıb.

Orada şəffaf qablarda xloroform məhluluna qoyulmuş insan orqanları aşkarlanıb. Həmin qablarda kişi və qadın adları da yazıldığı məlum olub.

Qeyd edək ki, orqan satışı terrorçuların əsas gəlir mənbələrindən biridir.