QR CodeQR Code

Şimali Koreya qanadlı raketi sınaqdan keçirib

30 Jul 2020 08:42

İslamTimes: İyulun başlanğıcında yay təlimləri zamanı Şimali Koreya gəmi əleyhinə qanadlı raketi sınaqdan keçirib.


“Report”un məlumatına görə, bu barədə "Renxap" agentliyi bildirib.

Agentliyin həmsöhbət olduğu yüksək rütbəli hərbçilərin verdiyi məlumata görə, raket iyulun 6-da Yapon dənizində gəmidən buraxılıb və 100 kilometrdən az məsafədə uçub.

Raketin tipi naməlumdur, amma məmurlar hesab edirlər ki, raketin bu tipi artıq daha əvvəl sınaqdan keçirilib.

Daha əvvəl bildirilirdi ki, peyk şəkilləri Şimali Koreyanın Yonbendəki nüvə kompleksində uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirdiyini göstərir.


Story Code: 877474

News Link :
https://www.islamtimes.org/az/news/877474/şimali-koreya-qanadlı-raketi-sınaqdan-keçirib

Islam Times
  https://www.islamtimes.org